27 
Fev
2021
15:28
767

Fermerlərin nəzərinə! Artıq bu üsulla endirimli dizel əldə edə bilərsiniz

Fermerlər aqro-dizel təşviqi proqramı ilə nəzərdə tutulmuş faydalardan problemsiz istifadə edirlər. Kənd İnkişaf Agentliyi, "SOCAR Georgia Petroleum" ilə birlikdə ikinci ildir ki, bu proqramı həyata keçirir.

InterPress.ge xəbər verir ki, aqro-dizel proqramının meneceri Levan Urotadze bu barədə məlumat verib.

"Bu il proqramda yenilik var - fermerlərin qeydiyyatı və aqro-dizel endirimi my.mepa.gov.ge veb saytı vasitəsilə əldə edilə bilər", - Urotadze dedi.

Qurcaani Bələdiyyəsində, aqro-dizel təşviqi proqramının meneceri Levan Urotadze və Qurcaani Bələdiyyəsinin Bələdiyyə Başçısı Arçil Xandamaşvili, "SOCAR Georgia Petroleum" nümayəndəsi ilə birlikdə aqro-dizel təşviqi proqramının gedişi ilə tanış oldular.

Dizel bütün ölkə ərazisində müəyyən edilmiş qrafikə uyğun olaraq verilir: 1 fevral - 31 mart tarixlərində ən çox 2000 litr yanacaq, 1 aprel - 30 aprel tarixləri arasında əlavə 1500 litr, 1 may - 31 dekabr tarixlərində qalan miqdarda yanacaq veriləcək.

Proqramdan faydalanan fermerlərə 1 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üçün 150 litr, 100 hektardan çox kənd təsərrüfatı sahəsi üçün 15.000 litr miqdarında yanacaq endirim kartlarının verilməsini nəzərdə tutulur.

Fermerlər endirim kartlarını Kənd İnkişaf Agentliyinin Regional Xidmətlərindən də əldə edə bilərlər.

Proqram Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyi ilə 'SOCAR Georgia Petroleum" arasında imzalanan memorandum əsasında həyata keçirilir və buna büdcə vəsaiti xərclənmir.

Bizimlə əlaqə saxlayın