Sabahdan yaşı 70-i ötmüş pensionerlər aprel ayının pensiyasını əvvəlcədən ala biləcəklər
“Liberty Bank” pensiyaların əvvəlcədən köçürülməsi üçün ,öz resursu ilə,100 milyon lari həcmindəki proqramı həyata keçirməyə başlayır.
InterPress.ge xəbər verir ki, “Liberty Bank”-ın baş direktoru Vasil Xodelin bildirib
Onun sözlərinə əsasən, hazırda risk qrupuna daxil edilən və yaşları 70 və 70-i ötmüş insanların hesablarına pensiyalar əvvəlcədən köçürüləcək.
“Yaşı 70 olan və 70-i ötmüş istifadəçilərimizin sosial kartlarına pensiya əvvəlcədən köçüləcək və artıq sabahdan ,istifadəçilərimiz köçürülmüş məbləğdən istifadə edə bilmə ,mağaza və apteklərdə kartla ödəyə bilmə imkanına sahib olacaqlar. Bankın distantiv xidmət mərkəzinə isə bir dəfə zəng etməklə kommunal xərcləri ödəyə bilərlər. Bilirik ki, istifadəçilərimizin əksəriyyəti nəğd pula daha çox üstünlük verir, bu isə Xəstəliklərə Nəzarət Mərkəzinin rekomendasiyasına əsasən, ictimai yerlər ilə birlikdə əsas təhlükə mənbəyidir Bu səbəbdən əvvəlcədən köçürülmüş pensiyadan istifadəçilər kartla ödəniş edən zaman istifadə edə biləcəklər”, - deyə Vasil Xodeli bildirib.
Pulun nəğdləşməsinə gəlincə isə, bütün pensionerlər mərhələli şəkildə “Liberty Bank” tərəfindən təyin olunmuş qrafik əsasında bu imkana sahib olacaqlar. Bu qrafiki görmək üçün xüsusi sayt myliberty.ge yaradılıb. Burda istifadəçinin pensiyadan nə zaman nəğd pul kimi istifadə edə biləcəyini görmək olar.