Yeni koronavirusa yoluxmuş şəxslər Marneulidəndir
"Koronavirus aşkar olunan dörd nəfər Marneulidən Tiflisə gətirilən qadının ailə üzvləridir".
InterPress.ge xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Mərkəzinin direktor müavini Paata İmnadze bunu İdarələrarası Koordinasiya Şurasının iclasından sonra bildirib.
İmandze qeyd etdi ki, sağalmış bir neçə xəstə xəstəxananı tərk etməyə hazırlaşır.
"Hələ də Marneulidən gətirilən qadına xüsusi diqqət var. Bununla yanaşı bir neçə nəzərə çarpan xəstə var, qalanları qənaətbəxş vəziyyətdədir və daha bir neçə xəstə klinikanı tərk etməyə hazırlaşır.
Bu gün ölkədə baş verən əlavə halların heç birinin yeni qruplar ilə əlaqəli olmaması çox vacibdir. Koronavirusa yoluxan 4 nəfər, hal hazırda Tbilisidə xəstəxanaya yerləşdirilən qadının ailə üzvləri, yəni çox yaxın əlaqəda olanlarıdır. Marneulidə qadının yatdığı xəstəxanaya yerləşdirilən digər xəstələr də müayinə edildi. Onların test nəticələri hamısı mənfidir. Qadına ünsiyyətə olan bir çox insan sınaqdan keçirildi və hamısı mənfi oldu ", - dedi İmandze.