_qariba%C5%9Fvili.jpg)
İrakli Ğaribaşvili: "Bu təxribatın haradan və kimdən gəldiyini çox yaxşı başa düşürük və bu, əlbəttə ki, Mixeil Saakaşvilinin cəhdidir"
“Tv Bir”in yayımlanan səs yazıları tamamilə yolverilməz və qəbuledilməz bir təxribatdır".
InterPress.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Ğaribaşvili söyləyib.
Ğaribaşvilinin qeyd etdiyinə görə,"həm iqtidar, həm də müxalifət bu təxribatdan uzaq olmalıdır".
“Bu təxribatın nəyə xidmət etdiyini çox yaxşı başa düşürük. Bu təxribatın haradan və kimdən gəldiyini çox yaxşı başa düşürük və bu, əlbəttə ki, Mixeil Saakaşvilinin cəhdidir. Xüsusilə iqtidar və müxalifət arasında siyasi razılığa gəlmək üçün həqiqi konturların ortaya çıxması fonunda. Bu çirkli təxribat və saxtakarlıq, uydurmadan həmin vaxt istifadə olundu. Əlbətdə ki, bu tamamilə yolverilməzdir, qəbuledilməzdir. Bunu həm iqtidar, həm də müxalifət qınayır. Ümid edirəm ki, müxalifətin sağlam və konstruktiv bir hissəsi bu təxribatdan uzaq duracaq”, - dedi Ğaribaşvili.