Sonra 72 saat ərzində, koronovirusla mübarizə üçün StopCov fonduna 9 milyon lari yığıldı
Hesab açıldıqdan sonra 72 saat ərzində, Koronavirusla mübarizə üçün yaradılan StopCovfonduna 9 milyon lari yığıldı.
InterPress.ge xəbər verir ki, fonda pul köçürmək www.stopcov.ge platformasından mümkündür.
Biznes-ombudsmen aparatının məlumatına görə, martın 25-də, saat 18:00-da, fonda iri pul köçürmələrini böyük şirkətlər həyata keçirdilər: Maqticom, RMG, Metroholding, PSP grup, Tegeta Motos, Fridon Todua Adına Tibbi Mərkəz, Telavi şərab istehsalı, Poti Dəniz Limanı, Parlamentin majoritar deputatı Qoça Enukidze, Hualing, İnşaat şirkəti “Dirsi”, “Tbili Saxli”, “Zğapari” supermarketlər şəbəkəsi, “Supta saxli” mağazalar şəbəkəsi, “Rustavi Steel Corporation Company”, “Askaneli qardaşlar” və sairə.
StopCoV fonduna yığılan məbləğ, biznesombudsmen aparatı və özəl sektorun koordinasiyası ilə, identifikasiya edilən ehtiyacların qarşılanması üçün istifadə ediləcək.