Tbilisidə xəstəxanıya yerləşdirilən bir neçə xəstənin vəziyyəti ağırdır
"Xəstəxanaya yerləşdirilən xəstələrdən, ikisinin vəziyyəti xüsusilə ağırdır. Onlardan birinin vəziyyəti isə kritikdir".
InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi yolxucu xəstəliklər xəstəxanasının,klinika direktoru, Marina Ezugbaia məlumat verib.
Ezugbainın jurnalistlərə verdiyi məlumata görə, xəstələrin gələcəyi haqqında proqnoz vermək üçün hələ tezdir.
"Tbilisi yolxucu xəstəliklər xəstəxanasına yerləşdirilən, xəstələrin vəziyyəti hələ ki, dəyişməzdir. Hal-hazırda, xəstəxanada olan, 4 xəstədən ikisinin vəziyyəti xüsusilə ağırdır. Onlardan yaşlı bir qadının vəziyyəti isə, kritikdir.
Qalan xəstələrin vəziyyəti isə eyni olaraq qalır. Biz deyə bilmərik ki, vəziyyət stabildir, buna görə də, xəstələrin gələcəyi barədə məlumat vermək və çıxış yolları haqqında danışmaq üçün, hələ tezdir", - deyə Ezugbaia məlumat verdi.