SOCAR StopCov fonduna koronavirusla mübarizəyə pul köçürüb
Socar Gürcüstanda koronavirusla mübarizəyə 200 min lari köçürüb.
InterPress.ge xəbər verir ki, bu barədə SOCAR Georgia öz rəsmi facebook səhifəsində məlumat yayıb.
Məlumatda qeyd olunur ki, fondda yığılan vəsait, İş Ombudsmanı Aparatı və özəl sektorla razılaşdırılaraq müəyyən edilmiş ehtiyacları ödəmək üçün istifadə ediləcəkdir.
"Bu gün ölkəmiz, bütün dünya kimi, çətin sınaqlarla üz-üzədir. Virusu məğlub etmək və vəziyyəti düzəltmək üçün əlimizdən gələni etmək borcumuzdur.
Buna görə biz, Gürcüstan Biznes Assosiasiyasının üzvü olaraq, COVID-19-u dayandırmaq üçün 200.000 GEL-i #StopCov fonduna köçürmək qərarına gəldik.
Fondda yığılan vəsait, İş Ombudsmanı Aparatı və özəl sektorla razılaşdırılaraq müəyyən edilmiş ehtiyacları ödəmək üçün istifadə ediləcəkdir", - bəyanatda deyilir.