Gürcüstana 45 miloyon dollar yardım ediləcək
Yeni koronavirusun pandemiya xəstəliyi fonunda Dünya Bankı Gürcüstana iqtisadi islahatları dəstəkləmək üçün 45 milyon dollar yardım edəcək.
InterPress.ge xəbər verir ki, bu barədə maliyyə təşkilatının mətbuat xidməti məlumat yayıb.
DB İcraçı Direktorlar Şurası bu gün "Gürcüstan üçün iqtisadi idarəetmə və rəqabətqabiliyyətliliyin inkişafı siyasəti" adlı bir layihəni təsdiqlədi. Bu təşəbbüs çərçivəsində ölkəyə 25 il ödəmə müddəti olan ayrı bir tranşla 45 milyon dollar ayrılacaq.
“Proqram Gürcüstanın hərtərəfli iqtisadi artım üçün vacib olan sahələrdə davam etdirilən islahatlarını dəstəkləmək məqsədi daşıyır. Bu, eyni zamanda, ölkənin COVID-19 pandemiyasının iqtisadi nəticələrini azaltmaq səylərinə də kömək edəcəkdir "deyə DB bəyanatında bildirilib.