28 
Mar
2020
12:14
1571

Sürücülərə ŞAD XƏBƏR: Cərimələrin ödənilməsi dayandırıldı

Gürcüstanda sürücülərinə yol pozuntularına görə, cərimələrin ödənilməsi müvəqqəti ləğv edilib.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin bu gün yaydığı açıqlamada bildirilir.

İdarənin təşəbbüsü ilə cərimələrin ödənilməsi fövqəladə vəziyyətin sonuna qədər dayandırıldı. Hökümət tərəfindən razılaşdırılmış güzəşt müddəti həm pozuntulara görə verilmiş qəbzlərin ödənilməsinə, həm də gecikmiş rüsumların ödənilməsinə aiddir.

Bundan əlavə, məcburi texniki baxışdan vaxtında keçə bilməyən avtomobil sahibləri cərimələnməyəcəklər.

"Gürcüstan vətəndaşlarından bu günə qədər və ya fövqəladə vəziyyət zamanı tətbiq olunan cərimə və cərimələri yalnız fövqəladə vəziyyət bitdikdən sonra ödəmələri tələb olunacaq" deyilir DİN-in bəyanatında.

Nazirlik, fövqəladə vəziyyət rejiminin sonuna qədər cərimələri ödəməyən sürücülərin hüquqlarını dayandırmayacağına söz verir. Eyni zamanda, güzəşt müddəti sürücülərə yol hərəkəti qaydalarını pozduğu təqdirdə yeni cərimələrin yazılmayacağı anlamına gəlmədiyini bildirir.

"Eyni zamanda vurğulamaq istəyirik ki, 24 saatlıq rejimdə olan patrul polisi ictimai asayişi qorumağa davam edir və yol nəqliyyat sektorundakı hər hansı bir qanun pozuntusuna görə cərimələr mövcud qaydalara əsasən yazılacaq", - Bəyanatda qeyd olunur.

Bizimlə əlaqə saxlayın