28 
Mar
2020
19:27
1046

Giorgi Qaxaria: "Ruxi xəstəxanasında yaxın günlərdə, koronavirusla xəstələnənləri qəbul etmək üçün yüzə qədər yer olacaq"

"Ruxi xəstəxanasında yaxın günlərdə, koronavirusla xəstələnən vətəndaşlarımızı qəbul etmək üçün yüzə qədər yer olacaq".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria Ruxi kəndində müsahibəsində bildirib.

“Bildiyiniz kimi, bu xəstəxana çox profilli və həqiqətən ciddi imkanları olan bir klinika olaraq, inşaat edilmişdi, ancaq hələ işə salınmamışdı. Bu gün ölkəmiz ciddi problemlər qarşısında durduğu üçün, klinika planlaşdırıldığından daha tez fəaliyyətə veriləcək.

İşğal xəttinin arxasındaki ərazidən tibbi yardıma ehtiyacı olan çox insan gəlir və biz hər birinə yardım etməyə hazırıq. Yenə deyirəm, işğal xəttinin hər iki tərəfində yaşayan insanların sağlamlığına qayğı göstərməyə hazırıq” – dedi Giorgi Qaxaria.

Bizimlə əlaqə saxlayın