30 
Mar
2020
09:10
1118

Mini stadionda futbol oynadığlarına görə 11 nəfəri cərimələnib

Qurcaani munisipalitetinin Velissixe kəndində yerləşən mini stadionda polis futbol oynayan 11 oyunçusunu cərimələyib.

InterPress.ge xəbər verir ki, məlumatı Qurcaani Meriyası təsdiq edib.

Meryadan bildirilənə görə, ölkədə koronavirus ilə bağlı fövqəladə durumundan irəli gələrək, polisin xəbərdarlığına baxmayaraq, stadionda 11 nəfər futbol oynayırdı. Gürcüstan prezidenti və hökuməti sərəncamına müvafiq olaraq polis onların hər birini 3 000 lari ilə cərimələyib.

Fövqəladə durumla müəyyən olunmuş qaydarın müdafiəsi ilə bağlı Kaxeti bölgəsində nəzarət sərtləşdirilib və polis bütün bölgədə 24 saat monitorinq həyata keçirir.

Qeyd edək ki, Dövlət tərəfindən fövqəladə rejimin qaydalarının pozulduğu təqdirdə fiziki şəxslərə 3000 lari, hüquqi şəxslərə isə 15 000 lari cəriməni nəzərdə tutur. Pozuntunun təkrar olunması nəticəsində cinayət məsuliyyətinə cəlb olunur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər