04 
Apr
2020
16:15
1736

Gürcüstanda koronavirusdan dünyasını dəyişmiş vətəndaş xüsusi  qaydada dəfin olunacaq

Gürcüstanda yeni növ koronavirusdan dünyasını dəyişmiş pasiyentindəfn edilməsi xüsusi qaydaya əsasən həyata keçirilməlidir.

InterPress.ge xəbər verir ki, bu qayda Səhiyyə naziri, Ekaterine Tikaradzenin 25 mart tarixli əmri və 16 saylı əlavəsi ilə təyin olunub.

Sözü gedən qaydaya əsasən, ailə üzvlərinə və mərasim / dəfn xidmətinə infeksiyanın yayılma təhlükəsi və lazımi tədbirlər barədə məlumat verilməlidir:

Cəsəd çantasında olan cənazə tabutda basdırılır , dünyasını dəyişmiş şəxsin basdırılması və prosesin istənilən mərhələsində onu açmaq qadağandır ;

Mərhumun dəfnini vaxtında (72 saatı keçmədən) təşkil etmək və izdihamlı cənazə mərasimlərindən çəkinmək lazımdır;

Covid19-un təsdiqlənmiş və ya ehtimal olunan halında, cəsədin balzamlanması və ya digər əlavə kontakt, patoloji –anatomik yarma da daxil olmaqla istisna edilməlidir; Bu sonuncunun zərurət daşıyacağı halda , təhlükəsizlik tələblərinə ciddi şəkildə əməl edilməlidir.

Yeni növ koronavirusun səbəb olduğu infeksiyaya , COVID-19 –a yoluxmuş pasiyentin dünyasını dəyişən zamanı infeksiyaya nəzarət edilməsinin ətraflı tədbirləri aşağıdakılardır:

Koronavirus epidemiyası şərtlərində tibb müəssisəsində pasiyentin dünyasını dəyişməsi halının idarə edilməsi zamanı infeksiyaya nəzarət məqsədilə aşağıda sadalanan tədbirlərə əməl edilməlidir:

1.Covid 19-a yoluxmuş və ya şübhəli pasiyentin dünyasını dəyişməsi halında ,cənazə mələfə ilə sarılmalı və su keçirməyən cəsəd çantasına yerləşdirilməlidir, biləyində şəxsi məlumatları əks etdirən biləklik olmalıdır, daha sonra bədən mayelərinin sızması ehtimalını istisna etmək üçün çanta əvvəldən sona qədər zəncirbənd vasitəsi ilə sıx bağlanılmalıdır;Cənazənin kimliyinə dair informasiya( biləyinə bərkidilmişin eynisi) cəsəd çantasının üzərinə (xüsusi bərkidicilər və ya cib vasitəsi ilə) bərkidilməlidir.Cənazəni çantaya qoymazdan əvvəl aşağıda sadalanan qaydalara əməl olunmalıdır:

Kateter, boru və drenajlar cəsəddən diqqətlə çıxarılmalıdır; Onların çıxarılma yeri 1%-lik hipoklorit ilə dezinfeksiya olunmalıdır;

Cəsəddən çıxarılan kəskin əşyalar (məs.damar kateterləri) kəskin əşyaların konteynerinə yerləşdirilməlidir;

Bioloji mayelərin sızmaması üçün ağız və burun keçidləri bağlanmalıdır;

Cəsədin hazırlanması zamanı yaranan bütün tullantılar yoluxucu tullantılar konteynerinə yerləşdirilməlidir.

2. Daha sonra cəsəd çantası tibb müəssisəsində cəsədin müvəqqəti saxlanma yerinə aparılır, çantanın xaricinə infeksiya təhlükəsinə dair beynəlxalq simvol vurulur.

3. Cəsəd çantasının xarici səthi cəsədin müvəqqəti saxlama otağında dezinfeksiya olunmalıdır.

4.Müvəqqəti saxlama otağına cəsədin qoyulmasından 1 saatdan artıq vaxt keçməmiş müvafiq mərasim / dəfn xidmətinə və ailə üzvlərinə ölüm faktının gərçəkləşdiyi və dəfnin vaxtındaca həyata keçirilməsinin zəruriliyi barədə məlumat verilməlidir.

5. Ailə üzvlərinə və mərasim / dəfn xidmətinə infeksiyanın yayılma təhlükəsi və lazımi tədbirlər barədə məlumat verilməlidir:

Cəsəd çantasında olan cənazə tabutda basdırılır , dünyasını dəyişmiş şəxsin basdırılması və prosesin istənilən mərhələsində onu açmaq qadağandır ;

Mərhumun dəfnini vaxtında (72 saatı keçmədən) təşkil etmək və izdihamlı cənazə mərasimlərindən çəkinmək lazımdır;

6. Covid19-un təsdiqlənmiş və ya ehtimal olunan halında, cəsədin balzamlanması və ya digər əlavə kontakt, patoloji –anatomik yarma da daxil olmaqla istisna edilməlidir; Bu sonuncunun zərurət daşıyacağı halda , təhlükəsizlik tələblərinə ciddi şəkildə əməl edilməlidir. (1tv.ge)

Bizimlə əlaqə saxlayın