05 
Apr
2020
21:22
2192

Gürcüstanda koronavirusa yoluxan Marneuli sakini sağaldı - AÇIQLAMA

"Tbilisi Universitet Klinikasına Marneulidən daxil edilən 62 yaşlı qadına koronavirus üzrə ilkin test edildi və cavab mənfidir".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Birinci Kanalının efirində klinikanın direktoru, Levan Ratiani bəyan etdi.

Ratianinin dediyinə görə, sabah təkrar test ediləcək və qadın klinikanı bir neçə günə sağalmış halda tərk edəcək.

“Bizim Marneuli-Bolnisi zonasından olan qadın pasientimiz var idi. Klinikamıza daxil edilərkən durumu kritik olaraq ağır idi. Qadın aparatdan bir neçə gün bundan əvvəl çıxarıldı. Bu gün 14 gün keçdi və demək istəyirəm ki, koronavirus üzrə ilkin test mənfi gəldi. Sabah təkrar test ediləcək və qadın klinikanı bir neçə günə koronavirussuz tərk edəcək”, – Ratiani bəyan etdi.

Qeyd edək ki, bu günə qədər ölkədə koronavirusa yoluxma 174 nəfərdə təsdiqlənib. Onların 41-i sağalıb, 2-si isə ölüb.

Bizimlə əlaqə saxlayın