06 
Apr
2020
08:46
3167

Xaricdə olan vətəndaşların nəzərinə: Gürcüstan vətəndaşlarının xaricdən qayıtması üçün əlavə uçuşlar həyata keçiriləcək

Gürcüstan vətəndaşlarının xaricdən qayıtması üçün əlavə uçuşlar həyata keçiriləcək.

InterPress.ge xəbər verir ki, Gürcüstan Baş nazirinin adından koordinasiya şurası əlavə uçuşlar təyin edib.

Xarici ölkələrdə yaşayan həmvətənlərini tədricən geri qaytarmaq üçün Gürcüstan Baş nazirinin adından koordinasiya şurası aşağıdakı istiqamətlərdə əlavə uçuşlar təyin etdi:

16 aprel - Paris-Tbilisi;

18 aprel - Təl-Əviv - Tbilisi;

21 aprel - Roma-Tbilisi

Xarici İşlər Nazirliyinin məlumatına görə, uçuşlar "Georgia Airways" tərəfindən yerinə yetiriləcək.

“Uçuşlar üçün biletlər uçuş tarixindən 2 gün əvvəl, şirkətin saytında 199 avro olaraq satılacaq.

Uçuşlar Ümumdünya Səhiyyə Təşkilatının protokoluna əsasən həyata keçiriləcək. Gürcüstana gələn bütün sərnişinlər 14 günlük məcburi karantindən keçəcəklər.

Həmçinin uçuşlar yerinə yetiriləcə tarixlər: 7 aprel - Afina-Tbilisi; 10 aprel - Larnaka - Tbilisi; 12 aprel - Berlin-Tbilisi; 14 aprel - Amsterdam-Tbilisi ”, - məlumatda deyilir.

Agentliyin məlumatına görə, dünyada COVID-19-un yayılması şəraitində, 5000-ə yaxın Gürcüstan vətəndaşı Gürcüstan hökumətinin dəstəyi ilə vətənlərinə qaytarılıb. Vətəndaşların mütəşəkkil şəkildə geri qaytarılması aşağıdakı ölkələrdən həyata keçirilmişdir: Çin, İtaliya, İran, Polşa, Bolqarıstan, Almaniya, Yunanıstan, Belarusiya, Hollandiya, Misir, Azərbaycan, Ermənistan.

Bizimlə əlaqə saxlayın