15 
May
2021
18:11
449

Üç aviaşirkət may-iyun aylarında Batumiyə uçuşlarını bərpa edəcək

Yenilənmiş Batumi Beynəlxalq Hava Limanında Qazaxıstanın "Air Astana" aviaşirkəti bu gün ilk uçuşunu həyata keçirdi, hansı ki, Almati-Batumi-Almati istiqamətində müntəzəm uçuşların bərpa etdi.

InterPress.ge xəbər verir ki, bu haqda İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, ilk reysdə 115 sərnişin gətirilib. Uçuşlar həftənin üç günü hər bazar ertəsi, çərşənbə və şənbə günləri həyata keçiriləcək.

“Qazaxıstan Gürcüstan turizminin artan istiqamətlərindən biridir. 2019-cu ildə bu ölkədən 103,611 ziyarətçi qəbul edildi və artım əvvəlki ilə nisbətən yüzdə 75,7 oldu. Qazaxıstandan gələn qonaqlarımızın tətillərini Acarıstan da daxil olmaqla ölkədə təhlükəsiz keçirə biləcəyinə ümid edirik. Gürcüstanın turizm sektoru, qaydalara tam uyğun olaraq ziyarətçilərə xidmət göstərməyə hazırdır", - dedi İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava.

Onun sözlərinə görə, turizm Gürcüstan iqtisadiyyatının ən böyük sektorlarından biridir və onun dirçəlişi iqtisadi artımı təmin etmək üçün çox vacibdir.

"Pandemiya bu sahəyə çox təsir etdi. Bu gün doğru marketinq, hədəflənmiş proqramlar və kütləvi peyvəndləmələrlə sektorun canlanmasına kömək etmək imkanımız var", - dedi nazir.

Batumi Beynəlxalq Hava Limanı Səudiyyə Ərəbistanından ilk uçuşu 17 mayda qəbul edəcək.

Flynas hava yolu şirkəti Gürcüstan istiqamətində müntəzəm fəaliyyətini bərpa edəcək və Tbilisi ilə birlikdə Səudiyyə Ərəbistanından Batumiyə turist gətirəcək. İyundan etibarən Batumiyə müntəzəm uçuşlar LOT Polşa Hava Yolları Varşava - Batumi - Varşava və Ukrayna Beynəlxalq Hava Yolları Kiyev - Batumi - Kiyev istiqamətində həyata keçiriləcək.

Bizimlə əlaqə saxlayın