17 
May
2021
07:26
2295

Dmanisidə baş vermiş qarşıdurma haqqında bəyanat

Dmanisidə dünən baş vermiş qarşıdurmaya azərbaycanlıları hiddətləndirib.

InterPress.ge xəbər ki, Dmanisidə baş verən hadisə ilə bağlı Ümumi Gürcüstan müsəlmanları Ali Dini İdarəsinin şeyxi və sədri Mirtəqi Əsədov bəyanat yayır.

"Dmanisidə etnik və milli zəmində baş verən ksenofobik hadisəni kəskin şəkildə qaınayıram. Daha öncə də bildirdiyim kimi, ölkə milli və dini çoxluğuna mənsub şəxslər tərəfindən, ölkəmizdəki dini və milli azlıqlara qarşı bu cür diskriminasiya hallarının ara-sıra baş verməsi, birinci olmadığı kimi, sonuncu da olan deyil.

Millətlər arasında nifaq salan bu halların davamlı baş verməsi, bu yerə gətirib çıxaran həm önəmli həm də kökündən məhv olunması gərəkən amillərin mövcudluğundan xəbər verir.
Cinayətkarların məsuliyyətə cəlb olunaraq ciddi cəzalandırılması həm də gələcəkdə bu kimi oxşar hadisələrin qarşısının alınması üçün, ciddi tədbirlər görməyi müvafiq orqanlardan tələb edirəm.

Böyüklü-kiçikli bunu hamı yaxşı bilməlidir ki, bu ölkənin qaçılmaz yolu, nəticə etibarilə də uğurlu gələcəyi, dini və irqi mənsubiyyətindən asılı olmayaraq tolerantlıqdan, dinc yanaşı yaşamadan və qarşılıqlı anlayışdan başqa bir şey deyil.

Məhz bunun üçün də, ölkəmiz üçün qəlbi döyünən və uğurlu gələcəyini önəmsəyən bütün tərəflərdən istəyim, məsələnin köklü həlli üçün, məsuliyyətli davranaraq əllərindən gələn heçnəyi əsirgəməməkdir"- Mirtəqi Əsədov

Seyid Mirtagi Əsədov
Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin rəhbəri.
17.05.2021

Bizimlə əlaqə saxlayın