17 
May
2021
08:28
3807

Qoqi Meşveliani Dmanisidə baş verənlərə münasibət bildirdi

"Hər kəsi mövcud vəziyyəti siyasi və ya başqa məqsədlər üçün istifadə etməkdən çəkinməyə çağırıram".

InterPress.ge xəbər verir ki, Bolnisi, Dmanisi, Tetricğaro və Calkanın majoritar millət vəkili Qoqi Meşveliani Damnisidə baş verən hadisəyə münasibət bildirib.

"Dünən axşam Dmanisidə təəssüf yaradıcı bir hadisə baş verdi. Bu faktla bağlı sosial şəbəkələrdə edilən rəylər isə daha da acınacaqlıdır.
Əldə etdiyim məlumata görə, hal-hazırda hadisə yerindəki vəziyyət qanunla müəyyən edilmiş tədbirləri həyata keçirən polis tərəfindən tam nəzarət altına alınıb və ümid edirəm ki, bu insidentdə iştirak edən bütün şəxslər ən qısa müddətdə müəyyənləşdiriləcək və qanuna uyğun olaraq cavab verəcəkdir.
Bununla bərabər, hər kəsi mövcud vəziyyəti siyasi və ya başqa məqsədlər üçün istifadə etməkdən çəkinməyə çağırıram", - deyə Meşveliani sosial şəbəkədə yazıb.

Bizimlə əlaqə saxlayın