Gürcü Arzusunun sədri Dmanisidə baş verən hadisələrə münasibət bildirdi
"Polis və hüquq-mühafizə orqanlarının cavabı lazımi qaydada və adekvat idi və nəticəni hamı gördü".
InterPress.ge xəbər verir ki, "Gürcü Arzusu - Demokratik Gürcüstan"ın sədri İrakli Kobaxidze Dmanisidəki hadisələrə münasibət bildirib.
Onun sözlərinə görə, Dmanisidəki vəziyyətin gərginliyinin aradan qaldırılması asan olmayıb.
"Çox çətin bir problemin və vəziyyətin gərginliyinin bir gündə aradan qaldırılması, hüquq-mühafizə orqanlarının lazımi qaydada hərəkət etdiyini göstərir. Vəziyyət çətin idi və birdən mürəkkəbləşdi və vəziyyətin gərginliyinin ardan qaldırılması asan olmadı, ancaq bir gün ərzində bu mümkün oldu.
Çətin idi, bu işdə müxtəlif tərəflərdə çox sayda insan var idi, buna görə çətinlik ciddi idi, ancaq günün sonuna qədər həll edildi”, - dedi Kobaxidze.
Xatırladaq ki, son 2 gün Dmanisidə gərgin keçib. Yerli əhalinin fərqli qrupları bir neçə dəfə qarşı-qarşıya gəlib.


