18 
May
2021
18:45
2734

Marneuli bələdiyyəsində vətəndaşlarla polis arasında anlaşılmazlıq yarandı

Marneuli bələdiyyəsində vətəndaşla polis arasında anlaşılmazlıq yarandı.

InterPress.ge xəbər verir ki, Marneuli bələdiyyəsinin Şulaver kəndində yol infrastrukturunun bərpası işləri həyata keçirilir.

Sözügedən yolda hərəkət edən "Hunday" markalı avtomobil yolun bərpa olunmayan hissəsinə düşərək oradan çıxa bilmir. Sürücü bu zaman orada olan polislər sürücüyə ərizə yazmağınız xahiş ediblər. Sürücü isə şikayətlənərək müvafiq yol nişanının olmadığını Yol departamentinin nümayəndələrinin əraziyə gəlməyənədək çıxmayacağını qeyd edib.

Polislərin qeyd etdiyinə görə, polislər bu problemlə bağlı sürücüyə ərizə yazmağı təklif edib və avtomobili kənara çəkməsini xahiş edib. Polisin dəfələrlə sürücüyə xəbərdarlıq etməsinə baxmayaraq o, buna məhəl qoymayıb.

Nəticədə isə polislər evakuator çağıraraq avtomobili aparıblar.

Avtomobil evakuatorla qaldırılan zaman sürücünün yaxınları qışqırmağa və polislərə hədə- qorxu gəliblər.

Şahidlər onu da qeyd ediblər ki, polis əməkdaşları avtomobil sürücüsünü aparmaq istəyərkən ona fiziki təzyiq göstəriblər.

Bizimlə əlaqə saxlayın