12 
Apr
2020
04:50
1080

Gürcüstanda və dünyada koronavirusa yoluxanların son statistikası

Dünyada koronavirus qurbanlarının sayı 100 min nəfəri ötüb.

InterPress.ge xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Təşkilat qeyd edib ki, dünyada COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 1,779,099 nəfər təşkil edir. Virusa yoluxmuş 108,770 nəfər vəfat edib.

Hazırda virusa ən çox yoluxma əvvəlki kimi Avropada (839 257) qeydə alınıb.

Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında (stopcov.ge) məlumata bildirili ki, 242 nəfərdə bu virus təsdiqlənib. Hazırda isə ölkə üzrə karantində 4929, stasionar müalicədə isə 405 nəfər var. Virusa yoluxmuş şəxslərdən 3 həyatını itirib, 60 nəfəri isə artıq sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər