İki nəfər yaşlı vətəndaşımız koronavirusa qalib gəldi
"Klinikamızda olan 80 yaşlı qadın 18 gün davam edən müalicədən sonra koronavirusdan sağaldı".
InterPress.ge xəbər verir ki, bu barədə Birinci universitet klinikasının direktoru Levan Ratiani bildirib.
Onun sözlərinə görə, protokola görə iki dəfə infeksiyaya mənfi cavab alınıb. Xəstə bu gün terapiya şöbəsinə köçürüləcək və ehtimal ki, 13 aprel Bazar ertəsi günü klinikadan buraxılacaq.
"18 gün əvvəl klinikamıza gələn 80 yaşlı bir qadın süni ağciyər aparatına bağlanmışdı. Kəskin ağciyər zədəsi sindromu, ürək zədəsi sindromu, kəskin böyrək zədəsi sindromu vardı. O, artıq aparatdan çıxarılıb." Deyə Ratiani bildirdi.
Ratiani digər xəstə ilə bağlı bildirdi ki, ikitərəfli kəskin pnevmoniyası olan 79 yaşlı kişi koronavirusa qalib qəlib.
Həkim, bu xəstəyə iki dəfə test olunduğunu və iki dəfə mənfi cavab alındığını bildirib. Belə ki, onun bir neçə saatdan sonra klinikanı tərk edəcəyi gözlənilir.
"79 yaşlı kişiyə ikitərəfli kəskin pnevmoniya, kəskin tənəffüs çətinliyi diaqnozu qoyuldu, xəstənin vəziyyəti hazırda stabildir, ağciyər zədələnməsi şəkli düzəldildi, mənfi nəticə iki dəfə alındı və bir neçə saatdan sonra klinikanı tərk edəcək" deyə Levan Ratiani jurnalistlərə bildirib.


