13 
Apr
2020
09:03
1207

Koronavirusdan sağalan Bolnisili hamilə qadın alqışlarla yola salındı - VİDEO

Tbilisinin Birinci Universitet Xəstəxanasının tibb işçiləri, koronavirus infeksiyasından müalicə almış hamilə qadını alqışlarla yola salıblar.

InterPress.ge xəbər verir ki, xəstənin xəstəxanadan çıxması ilə bağlı video xəstəxananın Facebook səhifəsində yerləşdirilib.

Gürcüstanda hamilə qadında ilk dəfə yoluxma hadisəsi martın 26-da aşkarlanıb. Xəstə artıq üç həftədir ki, sərt karantin təyin olunduğu Bolnisi rayonunun sakinidir.

"Birinci Universitet Klinikası və Perinatal Şöbəsi, 26 martda Universitet Xəstəxanasına olduqca ağır klinik əlamətləri ilə gətirilən ilk COVID-19 infeksiyasına yoluxmuş hamilə qadınla vidalaşdı. Hamilə qadın tam sağaldı. Onun vəziyyəti qənaətbəxşdir. Həkimlər imkansız olanı əldə etdilər ”- videonun üstündə yazılan mətində deyilir.

Bizimlə əlaqə saxlayın