14 
Apr
2020
16:40
776

Koronavirusa yoluxan şəxs, Çiyaturada yas mərasimində iştirak edib - Şəhər meri

"Koronavirusa yoluxan şəxs cənazə mərasimində Itxvisi kəndində olub".

InterPress.ge xəbər verir ki, bu barədə Çiatura şəhərinin meri Givi Modebadze bildirib.

Modebadzenin İnterpressNews-a verdiyi məlumata görə, yoluxmuş şəxslə əlaqədə olan 5 nəfərin şəxsiyyəti müəyyənləşdirilib və onlar özlərini təcrid edirlər.

“Anasını ziyarətə gələn bu oğlan Tiflisdə yaşayır. Çiaturada praktiki olaraq bir gün yarım idi ki, qalırdı. Buradan gedəndən sonra onda Covid-19-u tapıldı. Anasının və onunla əlaqə qurduğu digər şəxslərin hamısı öyrənildi. Cəmi 5 nəfərlə əlaqə qurub. Əlavə tədqiqatlar Çiatura epidemioloqları tərəfindən aparılır və hamısı təcrid olunur.", - dedi Çiatura meri.

Qeyd edək ki, 5 gün əvvəl Tiflisdən Çiaturanın Itxvisi kəndindən ailəsinə gələn kişidə koronavirus təsdiqlənib.

Bizimlə əlaqə saxlayın