14 
Apr
2020
18:17
1775

Gürcüstanda qəbirstanlıqlara ziyarət bağlanacaq - Baş Nazir

"Qəbiristanlıqları bağlamaq məcburiyyətində qala bilərik".

InterPress.ge xəbər verir ki, bu barədə Baş nazir Giorqi Qaxaria brifinqdə deyib.

“Çox güman ki, müəyyən məhdudiyyətlər qoymalı olacağıq. Bu kədərli bir həqiqətdir, amma başa düşməliyik ki, indi mübarizə aparırıq"dedi Qaxaria.

Onun sözlərinə görə, bu virusun yayılma dinamikasından asılıdır.

“Xüsusilə böyük şəhərlərdə məsələni ciddi şəkildə nəzərdən keçiririk, təəssüf ki, qəbiristanlıqları bağlamaq məcburiyyətində qala bilərik. Bu birbaşa virusun yayılmasının dinamikasından asılıdır. Anlayıram ki, asan bir qərar deyil, amma hər kəs belə bir qərarın mümkün olduğunu başa düşməlidir. Yaxın bir-iki gündə bu qərarı verəcəyik və əlbətdə insanları əvvəlcədən xəbərdar edəcəyik. Çox güman ki, qəbiristanlıqlar bələdiyyə mülkiyyətidir və bələdiyyənin olmadığı yerdə müəyyən müddətə müəyyən məhdudiyyətlər qoymalı olacağıq. Bu kədərli bir həqiqətdir, amma hamımız bir döyüşdə olduğumuzu və döyüş xəttinin hər yerdə çəkildiyini başa düşməliyik ", - dedi Qaxaria.

Bizimlə əlaqə saxlayın