14 
Apr
2020
20:43
2518

Baş nazir 150 laridən çox pul köməyinin kimlərə ediləcəyi barədə danışıb

"150 GEL yetərli bir məbləğ deyil. İşlərini itirmiş insanlara verilən aylıq müavinət barədə danışmaq və yaşayış səviyyəsini nəzərə almamağımız və ona uyğun köməklik etmək mümkün deyil"

InterPress.ge xəbər verir ki, bu barədə Baş nazir Giorgi Qaxaria hökumət administrasiyasında keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, əhaliyə yardım 150 GEL deyil, daha çox olacaq.

"150 GEL-ə gəldikdə. Sual yaranır ki, bu məbləğ kifayətdir? Əlbəttə kifayyet deyil - 150 GEL olmayacaq, daha çox olacaq. Bildiyiniz kimi, 150 GEL yaşayış üçün nəzərdə tutulan minimum məbləğdən aşağıdır. İşlərini itirmiş insanlara verilən aylıq müavinət barədə danışmaq və yaşayış səviyyəsini nəzərə almamağımız və ona uyğun köməklik etmək bizim üçün mümkün deyil", - dedi Qaxaria.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun yaydığı açıqlamaya görə, altı ay ərzində bu pul gəlir vergisi ödəmiş və koronavirus pandemiyası səbəbiylə işi dayandırılmış insanlara veriləcək.

Bizimlə əlaqə saxlayın