15 
Apr
2020
09:36
1304

Gürcüstanda fövqəladə vəziyyət rejimini pozduğuna görə Ermənistan vətəndaşları cərimələndi

Gürcüstanda bir neçə erməni yük maşınının sürücüsü ölkədə fövqəladə vəziyyət rejiminin qüvvədə olduğu müddətdə müəyyən edilmiş qaydaları pozduğuna görə cərmələnib.

Bu barədə InterPress.ge Sputnik-ə istinadən xəbər verir.

Bundan əvvəl Gürcüstan fövqəladə vəziyyət rejimində öz ərazisindəki yük maşını sürücülərinin hərəkəti üçün yeni qaydalar müəyyən etmişdi. Qaydalara əməl edilməməsinə görə cərimə üç min lari təşkil edir. İstisnalar hava şəraiti ilə əlaqədar yaranan gözlənilməz hallardır (məsələn, Kobi-Gudauri hissəsi, Larsa aparan yol bağlı olarasa).

"Hazırda səfirlik Ermənistan vətəndaşlarına cərimələrin ləğvi və ya yüngülləşdirilməsi üçün hüquqi yardım göstərir", - Ermənistanın Gürcüstandakı səfirliyinin mətbuat xidmətindən bildirilib.

Bizimlə əlaqə saxlayın