Kaxa Kaladze: "Fövqəladə vəziyyət, komendant saatı hərkəsə aiddir"
"Fövqəladə vəziyyət, komendant saatı hərkəsə aiddir, kimsə üçün istisna nəzərdə tutulmur və bu məsələ müzakirə mövzusu deyil"
InterPress.ge xəbər verir ki, bu barədə Tbilisinin meri Kaxa Kaladze öz Facebook müraciətində bildirib.
Kaxa Kaladzenin dediyinə görə, qaydaların pozulmasına görə, hərkəsə müvafiq cəza veriləcək.
“Nəzərə alın ki, növbəti 10 gün ərzində, haraya getsəniz, baş nazirin dediyi kimi saat 21:00-dan bu qaydalar qüvvədə olacaq”– dedi Kaxa Kaladze.
Onun dediyinə görə, bu günki vəziyyətdə yaşamaq nə onun, nə də kimsənin xoşuna gəlmir.
“Bu məhdudiyyətlər əlbəttə ki, xoşumuza gəlmir, bilirəm ki, belə yaşamaq çətindir, ancaq onu da bilirik ki, bu tədbirlər bizi qorumaq üçündür. Öz ailələrimizi, uşaqlarımızı və yaşlılarımızı qorumalıyıq. Ona görə də, hərkəsin borcudur ki, evdə qalsın və qanuna tabe olsun. Hətta dinimiz də bizə bunu öyrədir” – dedi Kaxa Kaladze.


