.jpg)
Marneuli meri əhali üçün edilən güzəştləri və həyata keçirilən tədbirləri AÇIQLAYIB
Marneulidə MMC "Sopltskali" də qeydiyyatda olan 51 kəndin 11 000-dən çox abunəçisini, üç ay ərzində (mart, aprel, may) aylarının su vergisindən azad ediləcək.
InterPress.ge xəbər verir ki, bu barədə Marneuli meri Zaur Darğallı öz facebook səhifəsində yayınladığı açıqlamada bildirib.
O bildirib ki, Covid-19 pandemiyasının yaratdığı vəziyyətə görə yerli özünüidarəetmə - yerli sahibkarların, iqtisadi fəaliyyətlə məşğul olan insanları bir müddət yerli məişət tullantıları vergisini ödəməkdən azad etməyə qərar verib.
Bundan əlavə Darğallı qeyd edib ki, gələn həftədən etibarən, Marneulidə mövcud bağça uşaqlarının ailələrinə (Munisipalitetdə cəmi 2100 bağça uşağı var) 60 gün üçün nəzərdə tutulmuş qida paketləri valideyinlərinə təfil veriləcək. Bu layihə üçün təxminən 130 000 lari vəsait ayırıb.
Müxtəlif həssas qruplar üçün isə ərzaq və dərmanların fəal şəkildə paylanması davam etdiyini qeyd edib. Bu mərhələdə 7700-dən çox ailə müxtəlif ərzaq və gigiyenik vasitələr ilə təmin edilib. Bu istiqamətdə, ehtiyat fondundan artıq, 126 000 lari pul xərclənib.