12 
Iyn
2021
21:56
400

Avropa İttifaqı Şurasının prezidenti: Azərbaycanın humanitar jestini alqışlayıram

“Azərbaycan və Ermənistanın paralel humanitar jestləri – saxlanılanların azad edilməsi və minalanmış ərazilərin xəritələrinin verilməsini alqışlayıram”.

InterPress.ge xəbər verir ki, bu barədə Avropa Şurasının Prezidenti Şarl Mişel Facebook-da yazıb.

Avropa Şurasının Prezidenti Şarl Mişel Azərbaycanla Ermənistan arasında inamın bərpası istiqamətində atılan ilk addımı alqışlayıb.

"İnamın bərpa olunmasına doğru ilk addım. AB bu prosesi dəstəkləyir və irəliləməni inkişaf etdirmək üçün yardım təklif etməyə davam edir", - deyə Şarl Mişel Facebook-da yazıb.

Məlumat üçün bildirək ki, Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin fəal vasitəçiliyi və Philip Reekerin iştirakı ilə Azərbaycan tərəfi münaqişə zamanı saxlanılan 15 Ermənistan vətəndaşını sərbəst buraxıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər