18 
Apr
2020
18:44
2744

Gürcüstanda ağır yol qəzası: TR təcili tibbi yardım avtomobili ilə toqquşdu - FOTO

Kobuleti şəhəri yaxınlığında Təcili yardım və yük maşını bir-biri ilə toqquşub.

InterPress.ge xəbər verir ki, bu barədə Acarıstan televiziyası məlumat verir.

Kanalın bildirdiyinə görə, təcili yardım maşını koronavirus simptomları olan bir xəstəni Batumiyə aparırmış.

Qəza nəticəsində tibb bacısı və təcili yardım sürücüsü yaralanıb, onlar xəstəxanaya yerləşdiriliblər.

Ağır yük maşını çevrildiyi üçün bir müddət yol bağlı qalıb. Hadisə yerinə xilasetmə qrupları, təcili tibbi yardım və patrul polisi cəlb olunub.

Faktla bağlı istintaq təhlükəsizlik qaydalarının pozulması və nəqliyyat vasitəsinin istismarı, sağlamlığa az ağır zərər vurma ilə başlanıb. Bu cinayət, cərimə və ya 2 ilə qədər həbs cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər