19 
Apr
2020
22:07
3781

Fövqəladə vəziyyət rejimini pozaraq Pasxa bayramı qeyd edən 6 nəfər saxlandı - VİDEO

Tbilisinin Varketili küçəsinəd baş verən hadisə nəticəsində polis 6 nəfəri saxlayıb.

InterPress.ge-nin məlumatına görə, 6 kişi həyətdə Pasxa bayramını qeyd edirdi, bu müddət ərzində patrul polisi onlara yaxınlaşaraq onları sosial məsafəni qorumağa çağırıb.

Belə ki, bir yerə toplaşan insanlar hüquq mühafizə orqanlarının çağırışına qulaq asmayıb müqavimət göstəriblər. Hadisənin görüntüləri sosial mediada paylaşılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilir ki, onlardan ikisi Gürcüstan Cinayət Məcəlləsinin polisə qarşı qrup müqaviməti və zorakılığı nəzərdə tutan 353-cü maddəsi və Gürcüstan Cinayət Məcəlləsinin 173-cü maddəsi ilə 4-ü inzibati qaydada tutuldu.

Həmçinin, əldə olunan məlumata görə, altı nəfərin hamısı fövqəladə vəziyyət rejimini pozduğuna görə 3000-3000 GEL cərimə olunub.

Bizimlə əlaqə saxlayın