03 
Iyl
2021
20:22
1261

Vatsapda bir çox insanın işinə yarayacaq daha bir funksiya yaradılır

Məşhur messencerlərdən olan vatsapda istifadəçilərin göndərəcəyi videoçarxların keyfiyyətini seçməyə imkan verəcək yeni funksiya işə salınacaq.

InterPress.ge xəbər verir ki, bu barədə “Wabetainfo.com” saytı bildirib.

Yeni funksiya “Android” əməliyyat sistemli smartfonların vatsapında mümkün olacaq.

Qeyd edilir ki, istifadəçi videonun göndərilməsi vaxtı üç variant seçə biləcək: "Avto" (tövsiyə edilir), "Ən yüksək keyfiyyət" və "Məlumatların qənaəti".

Yeni funksiyanın bütün istifadəçilərə məhz nə vaxt əlçatan olacağı açıqlanmır.

Daha əvvəl bildirilib ki, vatsap messencerinin “Android" mobil telefon smartfonları istehsalçıları istifadəçilərin yalnız bir dəfə görə biləcəyi multimedia sənədlərini göndərməyə imkan verən yeni funksiyanı da işə salacaq. Multimedia faylları yalnız bir görüntüdən sonra yox olacaq.

Bizimlə əlaqə saxlayın