22 
Iyl
2021
16:39
252

Rustavi 2 və TV Pirvelinin operatoruna hücum edən şəxs həbs cəzasına məhkum edildi

"Rustavi 2" və "TV Pirveli" nin operatoruna hücumda təqsirləndirilən şəxslər həbs cəzasına məhkum edilib.

InterPress.ge xəbər verir ki, vəkillər girov müqabilində sərbəst buraxılmasını istəyib lakin, hakim Roman Xorava tərəfindən qəbul edilməyib.

Təqsirləndirilən şəxslərdən heç biri ittiham üzrə özünü təqsirli bilməyib. Məhkəmə iclasında vəkillər 5 iyul tarixində baş verən zorakılığda ittiham olunan şəxslərə qarşı hər hansı bir sübut olmadığını qeyd edib.

Prokurorluq isə bunun əksinə iddia edib. Prokurorluğun məlumata görə, ittiham olunanların zorakılığını sübut edən bir sıra video dəlillər var.
Qeyd edək ki, Uşanqi Datunaşvili və Irakli Ciqnadze daxil olmaqla 27 nəfər 5 iyul zorakılığına görə saxlanılıb. Onlardan 23-ü jurnalistlərə fiziki zorakılıq etməkdə günahlandırılır.

Bizimlə əlaqə saxlayın