Ermənistan-Gürcüstan sərhədində partlayış: ölən var - VİDEO + YENİLƏNİB
Ermənistanın İstintaq Komitəsi Ermənistanın Baqrataşen kəndi yaxınlığında avtomobildə quraşdırılmış qaz balonunun partlaması nəticəsində bir nəfərin öldüyü məlumatını yayıb.
InterPress.ge-nin əldə etdiyi məlumata görə, həyatını itirən şəxs Marneulinin Şulaveri kənd sakini 35 yaşlı Armen Sarkisyan olub.
Hadisə 22 iyul 15:10 radələrində qeydə alındığı bildirilib.
Ermənistan tərəfin yaydığı məlumata görə, “Mersedes Benz E-350” markalı avtomobili Baqrataşen kəndindən Gürcüstan sərhədinə doğru sürürərkən partlayış baş verib. Nəticədə sürücü yerindəcə ölüb.
Hazırda mərhumun cəsədi Gürcüstan gətirilib və dəfn işləri aparılır.
***09:29
Ermənistanın İstintaq Komitəsi Baqrataşen kəndi yaxınlığında avtomobildə quraşdırılmış qaz balonunun partlaması ilə bağlı video yayıb.
InterPress.ge xəbər verir ki, hadisənin ötən gün 15:10 radələrində qeydə alındığı bildirilib.
Məlumata görə, 35 yaşlı Vanadzor sakini “Mersedes Benz E-350” markalı avtomobili Baqrataşen kəndindən Gürcüstan sərhədinə doğru sürürərkən partlayış baş verib. Nəticədə sürücü yerindəcə ölüb.


