27 
Iyl
2021
10:59
887

Gürcüstanda koronavirusa minlərlə yoluxma qeydə alındı - STATİSTİKA

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 3666 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Milli Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Mərkəzi məlumat yayır.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 407 689 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 1335 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 376 088 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 17 nəfər ölüb və ölənlərin ümumi sayı 5731 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər