28 
Iyl
2021
10:55
990

Bu ölkə Gürcüstanı "qırmızı zona" ölkələri siyahısına salınmasını təxirə saldı

İsrail Parlamentinin Hüquq və Konstitusiya İşləri Komitəsi hökumətdən "qırmızı zona" ölkələrinin siyahısının genişləndirilməsi üçün əlavə əsaslar təqdim etməsini istəyib.

InterPress.ge xəbər verir ki, bu barədə məlumat yerli KİV-lər tərəfindən yayılıb.

Yeni qətnaməyə görə, İsrail vətəndaşlarının iyulun 30 -dan etibarən Gürcüstan, Böyük Britaniya, Kipr və Türkiyəyə səfərləri qadağan edilməli idi, lakin Parlamentin qərarı ilə bu mövzuda səsvermənə təxirə salınıb.

Konstitusiya Komitəsi, siyahının genişləndirilməsini dəstəkləməzdən əvvəl, bu mövzularla bağlı hərtərəfli məlumat alamağı gözləyəcəyini qeyd edib.

Hazırda Argentina, Belarusiya, Braziliya, Hindistan, Qırğızıstan, Meksika, Rusiya, İspaniya, Cənubi Afrika və Özbəkistan infeksiyanın yayılma riski yüksək olan ölkələr siyahısındadır.

Bizimlə əlaqə saxlayın