28 
Iyl
2021
14:18
3482

Bu ailələr də sosial yardım alacaq

Vahid məlumat bazasında qeydiyyatdan keçmiş və 120. 001-dən az reytinq balına sahib sosial cəhətdən həssas ailələr davamlı olaraq sosial yardım - yaşayış pulu alacaqlar.

InterPress.ge xəbər verir ki, bu barədə məlumat hökumətin qərarında qeyd olunub.

Dəyişikliklər "Təcrid və Karantin Qaydalarının Təsdiqinə dair" Gürcütan Hökumətinin 23 may 2020-ci il tarixli 322 saylı qərarına daxil olub.

Hökumət fərmanı 27 iyulda qanunvericilik heraldında dərc edilib. O, dərc edildiyi gündən qüvvəyə minib.

“Təcrid və Karantin Qaydalarının Təsdiqinə dair” Gürcüstan Hökumətinin 23 may 2020-cil tarixli 322 nömrəli fərmanında, dəyişikliklərdən əvvəl, məlumat bazasında qeydiyyatdan keçmiş 100 001 baldan az ailəyə sosial yardımın verilməsi qeyd olunmuşdu.

Bizimlə əlaqə saxlayın