Evlənmək məqsədilə qız qaçıran dörd nəfər saxlanıldı
23 yaşlı qızı evlənmək məqsədilə qanunsuz olaraq azadlıqdan məhrum edilmək ittihamı ilə 4 nəfər saxlanılıb.
InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyi bu barədə məlumat yayır.
Məlumata görə, hüquq -mühafizə orqanları dörd nəfəri də isti təqiblə saxlayıblar.
"Daxili İşlər Nazirliyinin Mçxeta-Mtianeti Polis Departamentinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1981-ci il təvəllüdlü T.N., 1982-ci il təvəllüdlü Z.S., 1999-cu il təvəllüdlü Q.T. və 1998 -ci il təvəllüdlü Ş.Ş.-nı qanunsuz olaraq azadlıqdan məhrum etmə ittihamı ilə saxlayıblar.
İstintaq müəyyən etdi ki, təqsirləndirilən T.N., 3 köməkçisi ilə birlikdə, Mçxeta Bələdiyyəsinin kəndlərindən birində 1998 -ci il təvəllüdlü A.K-nı evlənmək üçün bu ilin avqustun 2 -də qanunsuz olaraq azadlıqdan məhrum edib. Hüquq -mühafizə orqanlarının əməkdaşları dörd nəfəri də isti təqib nəticəsində saxlayıblar. Qanunsuz azadlıqdan məhrum etməyi nəzərdə tutan 143 -cü maddənin 1 -ci hissəsi ilə istintaq aparılır.
Cinayətdə 2 ildən 4 ilə qədər həbs cəzası nəzərdə tutulur", - deyə DİN-in məlumatında deyilir.


