04 
Avq
2021
11:26
1226

Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəsi vətəndaşlara xəbərdarlıq edir

Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəsi havanın temperaturunun kəskin artması ilə bağlı əhaliyə xəbərdarlıq edir.

InterPress.ge xəbər verir ki, idarə, sakinləri meşə yanğınları riskinin artdığı bir vaxtda, meşə və ya tarla yaxınlığında, əkinçilik sahələrində hər hansı birşey yandırmamağa çağırır.

“Məlumat vermək istərdik ki, bir həftə ərzində bütün Gürcüstan ərazisində temperaturun kəskin artması gözlənilir ki, bu da meşə və tarla yanğınları riskini artırır. Fövqəladə Hallar İdarəsi yüksək vətəndaş məsuliyyəti daşımağa, kənd təsərrüfatı torpaqlarında, meşə və ya tarla yaxınlığında yanğın törətməməyə və yanğınları nəzarətsiz qoymamağa çağırır.

Məişət tullantılarının özünü alovlandıra biləcəyini unutmayın, buna görə də ətraf mühiti çirkləndirməyin. Tüstü və ya yanğın baş verərsə dərhal Daxili İşlər Nazirliyinin 112 İctimai Təhlükəsizliyi İdarəetmə Mərkəzinə məlumat verin ”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər