Toy və yas mərasimləri ilə bağlı yeni qayda tətbiq edildi
Artıq Əmək Müfəttişliyi, izdihamlı tədbirlərin qarşısını almaq hüququna malikdir.
InterPress.ge xəbər verir ki, mövcud qaydaya görə, müfəttişin yas, toy, yubiley və digər toplantılar olması halında cərimələmək hüququ var idisə, yeni qaydaya əsasən planlaşdırılan tədbir haqqında məlumat alan kimi, tədbir keçirilmədən reaksiya göstərmək hüququna malik olacaq.
Bu halda reaksiya, kütləvi tədbirlər və obyekt üçün lazım olan əşyaların (məsələn, audio avadanlıqların) möhürlənməsini əhatə edir.
Qeyd olunanı, "Təcrid və Karantin Qaydalarının Təsdiq edilməsi haqqında" Gürcüstan hökumətinin 23 may 2020-ci il 322 saylı qərarındakı dəyişikliklər nəzərdə tutur.
Qərara əsasən, "Əmək Müfəttişliyi Xidməti, Gürcüstan Daxili İşlər Nazirliyi ilə koordinasiya ilə obyektdə olan sahə və / və ya əşyaların (virusun yayılmasına qarşı profilaktik tədbirlərin həyata keçirilməsi ilə birbaşa əlaqəli obyekt və ya orada mövcud olan konkret yer, avadanlıq və / və ya digər əşyalar daxil olmaqla) istifadəsini müvəqqəti olaraq məhdudlaşdırmaq səlahiyyətinə malikdir. Bu maddənin 1-ci bəndində göstərilən tədbir zaman dəfələrlə kritik uyğunsuzluqlar baş verərsə, Əmək Müfəttişliyi obyektdəki sahənin / əşyanın istifadəsini məhdudlaşdıra və cinayət işinin başlanması üçün işi Gürcüstan Daxili İşlər Nazirliyinə təhvil verə bilər. İcazəsiz obyektə daxil olmaq, möhürü açmaq və ya Əmək Müfəttişliyi Xidməti tərəfindən obyektə qoyulan tələblərə məhəl qoymamaq yolverilməzdir”.
Ölkədəki ağır epidemiya vəziyyəti səbəbindən sosial fəaliyyətə qoyulan qadağanın icrasına nəzarət son günlərdə gücləndirildi. Onlarla obyekt artıq cərimələnib.


