Nənəsinə zorakılıq edən nəvə saxlanıldı
Zestaponidə yaşlı nənəyə zorakılıq ittihamı ilə nəvə saxlanılıb.
InterPress.ge xəbər verir ki, məlumatı Formula yayır.
82 yaşlı Çiala Katamadze deyib ki, 30 yaşlı Zviad Çerçvadze heç bir səbəb olmadan onu döyür və qışqırır, pensiya kartından istifadə edir və götürdüyü pulları xərcləyir.
Merin kənd nümayəndəsi məişət zorakılığı faktından xəbərdar olduğunu bildirib. Onun sözlərinə görə, artıq bir dəfə polisə bu barədə xəbər verib və Zviad Çerçvadzeyə xəbərdarlıq edilib. O, nəvəsinin nənəsinin pensiya kartından istifadə etdiyini də bilib. Akaki Maxatadzenin dediyinə görə, Çiala Katamadzeyə sığınacağa getməyi təklif edib, amma qoca bu təklifi rədd edib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Cinayət Məcəlləsinin ailə zorakılığını nəzərdə tutan 126 -cı maddəsi ilə istintaq aparılır.


