15 
Avq
2021
10:38
432

Güclü külək Laqodexidə problemlər yaratdı

Güclü külək Laqodexi bələdiyyəsində bir neçə ağacı kökündən çıxarıb.

InterPress.ge xəbər verir ki, ağaclardan birinin hissəsi bir avtomobilin üzərində düşüb, nəticədə avtomobilə yüngül ziyan dəyib. 

Hadisə nəticəsində xəsarət alan olmayıb. Külək elektrik xətlərinə ziyan vurub, nəticədə bəzi abunəçilərə elektrik enerjisinin verilməsi məhdudlaşdırılıb.

Laqodexi meri, Gondo Mdivnişvilinin sözlərinə görə, bütün müvafiq xidmətlər hadisə yerinə cəlb olunub.

“Yolda nəqliyyat vasitələrinə problem yaratmamaq üçün yolların təmizlənməsi işləri aparılır. Enerji şirkətinin texniki xidməti də hadisə yerindədir. Elektrik xətlərinin bərpası üzərində işləyirlər. Bütün xidmətlər tam səfərbər edilib və Laqodexi-Macimi avtomobil yolunda nəqliyyatın hərəkəti qismən bərpa edilib", - deyə Laqodexi meri bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər