16 
Avq
2021
11:01
380

Azərbaycan MN bəyanat yaydı

Avqustun 16-sı saat 09:30-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə edərək atəşə tutmağa başlayıb.

InterPress.ge xəbər verir ki, bu məlumatı Azərbaycanın Müdafiə Nazirliyi yayır.

"Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", - məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər