19 
Avq
2021
10:45
1090

Gürcüstanda koronavirusdan onlarla ölüm qeydə alındı - STATİSTİKA

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 4 921 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb. 

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 501 297 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 4 471 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 436 977 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 58 nəfər ölüb və ölənlərin ümumi sayı 6 590 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın