30 
Avq
2021
10:53
1091

Gürcüstanda koronavirusla bağlı ən son STATİSTİKA

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 1915 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb. 

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 545 033 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 5929 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 488 661 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 78 nəfər ölüb və ölənlərin ümumi sayı 7 329 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın