08 
Nybr
2021
11:38
3573

Baş nazir müxalifətlə əməkdaşlığa hazır olduqlarını açıqladı

"Biz, Nazirlər Kabineti, hökumət müxalifətlə konstruktiv əməkdaşlığa hazırıq, çünki bu, bizim ümumi ölkəmizdir, bizim qələbəmiz bizim ümumi qələbəmizdir".

InterPress.ge xəbər verir ki, bu barədə baş nazir İrakli Ğaribaşvili hökumət iclasında bildirib.

O, keçirilən seçkiyə görə MSK sədrinə və hər bir əməkdaşına təşəkkür edib.

"Seçkilər nümunəvi təşkil olunmuşdu və idarə olunurdu. Seçkilərin yüksək səviyyədə keçirilməsinə görə MSK sədrinə və hər bir heyət üzvünə təşəkkür etmək istəyirəm. İndi bizim üç illik dinc inkişaf dövrümüz başlayır və mən hər kəsi, o cümlədən müxalifəti bunu yaxşı dərk etməyə çağırmaq istəyirəm. Öz dar partiya maraqlarımızı ölkə maraqlarından üstün tutmamağın vaxtı çatıb. Bizim üçün dar partiya maraqları yox, xalqımızın, dövlətimizin maraqları əsas olmalıdır. Deməli, müxalifət məsələ ilə bağlı debat, həqiqi debat istəyirsə,  bunun yeri parlamentdir. Biz, Nazirlər Kabineti, hökumət müxalifətlə konstruktiv əməkdaşlığa hazırıq, çünki bu, bizim ümumi ölkəmizdir, bizim qələbəmiz bizim ümumi qələbəmizdir", - deyə baş nazir söyləyib. 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər