27 
Avq
2026
22:56
85

VMH üzvü Ramo Əhmədov: “Marneuli merinin qohumu məni həbs ilə hədələyir”

“Vahid Milli Hərəkat”ın (VMH) üzvü Ramo Əhmədov Marneuli meri Daur İsmayılovun yaxın qohumu Zəkir Sadıqov tərəfindən həbs olunacağı ilə hədələndiyini iddia edib.

InterPress.ge xəbər verir ki, Əhmədov sosial şəbəkədə paylaşdığı videonun şərh bölməsində Zəkir Sadıqovun onu yaxın zamanda həbs ediləcəyi və cəzaçəkmə müəssisəsinə aparılacağı ilə hədələdiyini bildirib.

Əhmədov hüquq-mühafizə orqanlarına müraciət edərək, onun evində, avtomobilində və ya başqa yerdə hər hansı qanunsuz əşya aşkar ediləcəyi təqdirdə bunun əvvəlcədən təşkil edilmiş təxribat olacağını iddia edib.

“Videomun altında təxribat törədir, məni Marneuli meri Daur İsmayılovun yaxın qohumu Zəkir Sadıqov hədələyir. Yazır ki, yaxın gələcəkdə məni həbs edəcəklər və cəzaçəkmə müəssisəsinə aparacaqlar.

Bütün qurumlara açıq şəkildə müraciət edirəm: əgər mənim avtomobilimdə, evimdə və ya başqa yerdə hər hansı qanunsuz bir şey aşkar olunarsa, bunun sifarişçisi və ya icraçısı ‘Gürcü Arzusu’, şəxsən Marneuli meri Daur İsmayılov və onun qohumu Zəkir Sadıqov olacaq”, – deyə Əhmədov yazıb.

Bizimlə əlaqə saxlayın