25 
Nybr
2021
10:09
564

Qldani həbsxanasında məhbus dünyasını dəyişdi

Qldani həbsxanasında məhbus dünyasını dəyişib.

InterPress.ge xəbər verir ki, ölən şəxs 32 yaşlı Ukrayna vətəndaşı İqor Qreqorenkodur.  

O, yayda Gürcüstanda saxlanılıb və narkotik maddə alıb saxlamaqda ittiham olunub.

Ölümünün dəqiq səbəbi hələlik müəyyənləşdirilməyib. Lakin Jaba Koçlamazaşvili bunun digər məhbusların hücumu ola biləcəyini ehtimal edib.

Onun sözlərinə görə, Qreqorenkonun başı ağrıyırdı və təkadamlıq kameraya köçürülməsini tələb etsə də, xahişi təmin edilməyib.

Jaba Koçlamazaşvili deyib ki, Qreqorenkoya noyabrın 10-da hökm oxunub, o, törətdiyi cinayəti etiraf edib və başqa müəssisəyə köçürülməsini gözləyib.

İnsan ölümünə və ya digər ağır nəticələrə səbəb olan vəzifə laqeydliyi ilə bağlı Dövlət Müfəttişliyi tərəfindən Cinayət Məcəlləsinin 342-ci maddəsinin 2-ci hissəsi ilə araşdırmalara başlanılıb.

Bizimlə əlaqə saxlayın