27 
Avq
2026
15:17
67

Mamuka Mdinaradze: “Yəqin ki, özəl sektorda, bəlkə də biznesdə özümü sınayaram”

Gürcüstanın regional inkişaf naziri Mamuka Mdinaradze siyasətdən getdikdən sonra fəaliyyətini hansı istiqamətdə davam etdirəcəyinə dair açıqlama verib.

InterPress.ge xəbər verir ki, Mdinaradze gələcəkdə özəl sektorda çalışa biləcəyini, hətta biznes sahəsində özünü sınamağı düşündüyünü bildirib.

“İstər inanın, istər inanmayın, bu barədə düşünməmişəm. Əvvəllər zarafatla deyirdim ki, bəlkə də məndən daha tanınmış vəkil çox deyil. Açığını desəm, indi bu mövzu barədə ciddi düşünməmişəm. Ola bilsin, biznesdə özümü sınayım. Çünki bu istiqamətdə həqiqətən həvəsliyəm, klassik mənada deyil, məhz bu sahədə”, – deyə Mdinaradze bildirib.

Xatırladaq ki, Mamuka Mdinaradze fövqəladə brifinqdə vəzifəsini tərk etdiyini və siyasətdən getdiyini açıqlayıb.

Bizimlə əlaqə saxlayın