25 
Nybr
2021
13:21
280

Qeydiyyatda olmayan mopedləri olan şəxslər bu tarixdən etibarən küçədə hərəkət edə bilməyəcəklər

2022-ci il martın 28-dən mopedin qeydiyyatı icbari olur və martın 28-dən qeydiyyatsız mopedi olanlar küçədə hərəkət edə bilməyəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Xidmət Agentliyinin direktor müavini İmeda Makasaraşvili məlumat verib.

Mopedin qeydiyyata alınması öhdəliyi yaranana qədər hər kəs Xidmət Agentliyinin xidmətlərinə müraciət edə və ona məxsus mopedi qeydiyyatdan keçirə bilər.

“Bu, könüllü müddətdir və bu müddət ərzində hər kəs öz mopedini agentlikdə qeydiyyatdan keçirə biləcək. Bu müddət ərzində endirimdən yararlanacaqlar və mopedin qeydiyyatı cəmi 60 lari deyil, 40 lari olacaq. Sürücülük vəsiqəsinin alınmasına gəlincə, qanun qüvvəyə mindiyi gündən artıq müvafiq kateqoriyadan imtahan verilə biləcək.  Hələ heç bir kateqoriyalı sürücülük vəsiqəsi olmayan və moped sürmək istəyən şəxslərdən AM kateqoriyalı sürücülük vəsiqəsi tələb olunacaq ki, buraya da moped və yüngül kvadrosiklləri idarə etmək hüququ daxildir.  Həmin şəxslər qanunun qüvvəyə mindiyi tarixdən imtahanda iştirak edə biləcəklər. Bu, təxminən, 7-8 dekabr 2021-ci ildir.  Qanun artıq dərc olunub və onlar dekabrın 8-dən imtahan vermək və imtahandan keçmək imkanı əldə edəcəklər, lakin bu, 28 mart 2022-ci ildən məcburi xarakter daşıyacaq. 

Artıq istənilən kateqoriyadan olan sürücülük vəsiqəsi olanlara isə avtomatik olaraq moped və kvadrosikl sürmək hüququ veriləcək, onların imtahandan keçməsinə ehtiyac qalmayacaq”, - İmeda Makasaraşvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər